XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 09:25

Britaniyada koronavirus:son 24 saatda 2405 nəfərə COVID-19 diaqnozu qoyulub

Böyük Britaniyada son sutka ərzində daha 2405 nəfər koronavirus infeksiyasına yoluxub.

Bu barədə ölkənin Baş Naziri Boris Conson brifinq zamanı deyib.

Məlumata görə, bu günədək krallıq ərazisində 259 559 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 118 nəfər artaraq ümumilikdə 36 793 nəfərə çatıb.

Bundan əvvəlki gün Britaniyada 282 nəfərin öldüyü, 2959 nəfərin isə virusa yoluxduğu deyilirdi. (apa)