XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 14:07

Rusiyada koronavirus: yoluxanların sayı 350 mini ötüb

Rusiyada son sutka ərzində daha 8946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 353 427 nəfərə çatıb.

Son sutka ərzində 92 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3633 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 118 798 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir. (apa)