XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2020 - 15:12

Gürcüstanın Baş Naziri dəyişəcək –KİV

Gürcüstanın Baş naziri Giorgi Qaxarianın vəzifəsini tərk edəcəyi gözlənilir.

Bu barədə yerli “Mtavari arxi” telekanalı məlumat yayıb.

Məlumata əsasən, G.Qaxarianı Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Qriqol Liluaşvili əvəzləyəcək.

Kanal qeyd edib ki, hakim Gürcü Arzusu Partiyası “müxalifət” yaradacaq və G.Qaxaria onun lideri olacaq.

Hökumət rəsmiləri kadr dəyişiklikləri ilə bağlı yayılan məlumata hələ heç bir münasibət bildirməyiblər. (report)