XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2020 - 17:45

Rusiyada 2 mindən çox hamilə koronavirusa yoluxub –Baş akuşer-ginekoloq

Rusiyada 2 min nəfərdən çox hamilədə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkarlanıb.

Bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş akuşer-ginekoloqu L. Adamyan bildirib.

Onun sözlərinə görə, COVID-19 hamiləlik vaxtı anadan uşağa keçmir, yoluxma ancaq doğumdan sonra mümkün ola bilər.

“Bu gün bizim ölkədə koronavirus infeksiyalı 2561 hamilə var. Onlardan 2035 nəfərində bütün testlər təsdiqlənib”, – deyə L. Adamyan qeyd edib. (apa)