XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 18:41

Gürcüstan XİN:"Səfirin geri çağırılması Ukrayna ilə diplomatik əlaqələrin kəsilməsi anlamına gəlmir"

Biz Ukraynada proseslərin inkişafını, Ukrayna hökumətinin Gürcüstanla münasibətlərin normallaşdırılması istiqamətində hansı addımları atacağını müşahidə edəcəyik və səfirin Ukraynaya geri dönmə tarixi barədə müvafiq qərar qəbul edəcəyik.

“İnterPressNews”un verdiyi xəbərə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.

Bildirilib ki, bu gün nazirlikdə Gürcüstanın Ukraynadakı səfiri Teymuraz Şaraşenidze ilə ilk işçi iclas keçirilib və məsləhətləşmələr aparılıb.

Qeyd olunub ki, Gürcüstan səfirinin siyasi məsləhətləşmələr üçün geri çağırılması iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi və ya ölkələr arasında strateji tərəfdaşlığın yenidən nəzərdən keçirilməsi anlamına gəlmir: “Gürcüstan Ukrayna ilə ərazilərin işğalı, Avro-Atlantik İnteqrasiya kimi bir sıra strateji istiqamətlərdə əməkdaşlığı davam etdirir”.

Xatırladaq ki, Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili mayın 8-də Ukrayna prezidenti Vladimir Zelenskinin qərarı ilə Ukrayna Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin edilib. Qərar Gürcüstanın etirazı ilə qarşılanılıb və səfir T. Şaraşenidze həmin gün siyasi məsləhətləşmələr üçün geri çağırılıb. T. Şaraşenidze ölkəsinə qayıtdıqdan sonra iki həftə müddətinə COVID-19 pandemiyası səbəbi ilə karantində saxlanılıb. (apa)