XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 20:39

Səudiyyə Ərəbistanında koronavirus:yoluxanların sayı Çinə yaxınlaşır

Səudiyyə Ərəbistanında son sutkada 2 235 nəfərə koronavirus diaqnozu qoyulub.

Bunu krallığın Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, ölkədə koronavirusa yoluxma faktlarının sayı 74 795-yə çatıb.

Bundan başqa, krallıqda pandemiya qurbanlarının sayı 9 nəfər artaraq 399-a yüksəlib. Yaxın Şərq ölkəsində indiyədək 45 668 nəfər COVID-19-dan sağalıb.

Beləliklə, Səudiyyə Ərəbistanı qeydə alınmış yoluxma hallarının sayına görə koronavirusun mənbəyi olan Çinə yaxınlaşır. Belə ki, pandemiyaya qalib gəldiyini iddia edən Çində indiyədək 82 985 nəfərə koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb. (report)