XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 21:43

Türkiyədə koronavirusdan daha 29 nəfər ölüb –Səhiyyə naziri

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 29 nəfər ölüb.

Bunu Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində paylaşıb.

Nazir qeyd edib ki, son 24 saatda 21492 şübhəli koronavirus testindən keçib, onlardan 987-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4369 nəfər ölüb, 157814 nəfər bu infeksiyaya yoluxub, 120015 nəfəri isə müalicə olunub.

Bu gün 1321  xəstə evə buraxılıb.

Nazir bildirib ki, səhhəti yaxşılaşan xəstə sayı 120 mini keçib, dəstəyə ehtiyacı olan xəstə sayı azalır, reanimasiyada ümumilikdə 755 xəstə var. (apa)