İsraildə 14 iyun tarixindən etibarən teatr tamaşaları və qapalı konsertlərə icazə veriləcək.
Trend-in məlumatına görə, bu barədə ölkənin Turizm Nazirliyi xəbər yayıb.
Bildirilir ki, Səhiyyə Nazirliyinin qaydaları tamaşaçılara və mədəniyyət işçilərinə şamil olunacaq. Mədəniyyət mərkəzlərinə gələnlər iki metrlik sosial məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına riayət etməli və qoruyucu maskalar taxmalıdırlar. Binanın girişində müsafirlərin temperaturu ölçüləcək.