XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

25 May 2020 - 23:15

Fransada koronavirus:xəstələrin sayı azalır

Fransada koronavirus infeksiyası diaqnozu ilə xəstəxanalarda müalicə edilənlərin sayında azalma müşahidə edilir.

Bu barədə yerli Səhiyyə Nazirliyi bildirib.

Rəsmi məlumatda deyilir ki, “hazırda ölkənin xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 16 798 nəfər (bir həftə öncə bu rəqəm 19 015 təşkil edirdi – red) müalicə edilir”.

Son 24 saat ərzində xəstəxanalara COVID-19 diaqnozu ilə daha 342 pasiyent daxil olub.

Hazırda tibb müəssisələrinin reanimasiya şöbələrində 1 609 xəstə (bir həftə öncə bu rəqəm 1 998 təşkil edirdi – red) müalisə olunur. Son sutkada reanimasiya şöbələrinə 45 pasiyent daxil olub. Bununla birlikdə reanimasiyadakı xəstələrin ümumi sayı bazar günü ilə müqayisədə 46 nəfər azalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,5 milyonu ötüb. Bunların 2,3 milyon nəfərdən çoxu sağalıb, 347 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. (report)