İranda daha 57 nəfər koronavirusdan vəfat edib.
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məlumatı İran Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, bununla da İrandan koronavirusdan ölənlərin sayı 7508 nəfərə çatıb: “Son sutkada İranda daha 1787 nəfərdə koronavirus aşkarlanıb. Bununla da ölkədə virusa yoluxanların sayı 139511 nəfərə yüksəlib”.