XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 May 2020 - 16:23

XİN başçısı:“Dost ölkələrin yardımı olmadan Gürcüstanın uğurları çətin olardı”

“Gürcüstanın uğurları dost ölkələrin çox dəyərli yardımı olmadan  mümkün olmazdı”.

Bu sözlər Gürcüstanın Xarici işlər naziri David Zalkalianinin ölkənin Müstəqillik Günü münasibəti ilə Gürcüstanda akkreditə edilmiş diplomatik korpuslara məktubunda deyilib.

D. Zalkaliani Gürcüstandakı xarici ölkələrin səfirlərinə, nümayəndə heyətlərinin rəhbərlərinə, diplomatlara peşəkarlıq, fədakarlıqvə xeyirxahlıq göstərdikləri üçün təşəkkür edib.

XİN başçısı koronavirus pandemiyası zamanı Gürcüstana yardım etmiş xarici ölkələrə təşəkkürünü ifadə edib.

“Yanımızda olan ölkələrin əvəzsiz köməyi olmadan Gürcüstanın üzləşdiyi çətinliklərin öhdəsindən gəlməsi çox çətin olardı. Son aylarda üzləşdiyimiz pandemiya bizə dünyanı dəyişdirməyimizin, həmrəylik, əməkdaşlıq və qarşılıqlı yardımlaşma  prinsipləri üzərində yenidən inşa etməyimizin lazım olduğunu göstərdi”, – deyə D. Zalkaliani məktubunda bildirib/APA.