XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

26 May 2020 - 17:44

Moskvada Qələbə Paradı iyunun 24-də keçiriləcək –Putin nazirə tapşırıqlar verib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan Qələbə Paradı iyunun 24-də keçiriləcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə keçirdiyi iclasda bildirib.

Putin Rusiyanın paytaxtı Moskva şəhərində və digər şəhərlərdə Qələbə Paradının keçirilməsinə hazırlıqla bağlı öz müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, mayın 9-da keçirilməli olan Qələbə Paradı koronavirus təhlükəsinə görə təxirə salınıb/APA.