XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

26 May 2020 - 23:33

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub- Rəqəmlər

Koronavirus pandemiyası Almaniya iqtisadiyyatına ağır zərbə vurub.

Azərtac xəbər verir ki, bu ilin birinci rübündə ölkədə Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2,2 faiz azalıb.

Ölkənin Federal Statistika İdarəsi hesab edir ki, bu, 2008-2009-cu illərdəki dünya maliyyə böhranından və Almaniyanın birləşməsindən sonra iqtisadiyyat sahəsində miqyasına görə, qeydə alınmış ən aşağı göstəricidir.

Bunu bir sıra səbəblərlə, o cümlədən də fərdi istehlakın azalması və investorların qeyri-müəyyən durumu ilə əlaqələndirirlər.