XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 May 2020 - 11:06

Ermənistanda indiyədək 7 774 nəfər koronavirusa yoluxub- 98 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 372 yoluxma halı aşkarlanıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 7 774 nəfərə çatıb.

Xəstəlikdən ümumilikdə 98 nəfər ölüb. Koronavirusdan sağalanların sayı isə 3 255 nəfərdir. Ölkədə indiyədək 53 678 test aparılıb.