XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 11:28

İranda ata 13 yaşlı qızının başını kəsib- FOTO

İranda ata yatan qızının başını oraqla kəsib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, “namus cinayəti” törətdiyini bildirən şəxs hadisədən sonra polisə təslim olub.

Bildirilir ki, hadisəyə səbəb 13 yaşlı Romina Əşrəfinin 35 yaşlı kişiylə evdən qaçması olub.

Qeyd edilir ki, hüquq-mühafizə orqanları tərəfindən yaxalanan R.Əşrəfi evə qayıtdığı təqdirdə həyatının təhlükədə olacağını polisə bildirsə də, onlar onu atasına təslim edib.

İranlı qadın haqları fəalları 13 yaşındakı qız uşağını aldadaraq qaçıran 35 yaşındakı kişinin cəza almamasına sərt reaksiya verib.