XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 May 2020 - 12:30

Rusiyada işsizlik səviyyəsi 4 illik maksimumu yeniləyib- RƏSMİ

Bu ilin aprel ayında Rusiyada işsizlərin sayı 815 min nəfər, yaxud 21% artaraq 4,3 milyon nəfərə çatıb. 

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Statistikası üzrə Federal Xidməti (“Rosstat”) məlumat yayıb.

Bildirilib ki, aprelin sonuna qonşu ölkədə işsizlik səviyyəsi 5,8% təşkil edib ki, bu da son 4 ildə ən yüksək göstəricidir.

“Rosstat” həmçinin bəyan edib ki, 2020-ci ilin I rübündə Rusiyada real əməkhaqları 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,2% artıb. Bununla belə ölkə vətəndaşlarının real gəlirləri 0,2% azalıb.

Qeyd edək ki, Rusiyanın İqtisadi İnkişaf Nazirliyi bu il əhalinin real gəlirlərinin 3,8% azalacağını, gələn il isə 2,8% artacağını proqnozlaşdırır.