XƏBƏR LENTİ

06 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 18:41

MDB dövlət başçıları Qələbə Paradına dəvət olunacaq- Peskovdan açıqlama

Moskva şəhərində iyunun 24-də keçiriləcək Qələbə Paradına MDB ölkələrinin rəhbərlərini dəvət etmək nəzərdə tutulur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, ənənəvi olaraq mayın 9-da keçirilən Qələbə Paradı koronavirus pandemiyası səbəbindən təxirə salındı. Parada ilkin olaraq bir çox ölkələrin başçıları, beynəlxalq təşkilatların rəhbərləri dəvət edilmişdi.