XƏBƏR LENTİ

26 Fevral 2021
25 Fevral 2021

Digər Xəbərlər

27 May 2020 - 18:05

Moskva əhalisi gəzintiyə qrafiklə çıxacaq- Merdən açıqlama

Rusiyanın paytaxtı Moskva şəhərinin əhalisinə gəzintiyə çıxmaq icazəsinin verilməsi planlaşdırılır. Lakin hələlik bu, test rejimində, xüsusi qrafik üzrə olacaq.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Moskva şəhərinin meri Sergey Sobyanin deyib.

“Biz bunu test rejimində etməyi və müəyyən evlərdə yaşayan vətəndaşların gəzintiyə gedə biləcəyi cədvəlinin hazırlanmasını təklif edirik”, – deyə Moskva meri qeyd edib.