XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 20:44

Tramp sosial medianı bağlayacaqlarını istisna etməyib

ABŞ-da sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırıla, hətta dayandırıla bilər.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə prezident Donald Tramp “Twitter”dəki postları yoxlanılmağa başladıqdan sonra açıqlama verib:

“Respublikaçıların fikrincə, sosial media platformalarında mühafizəkar səslər bütövlükdə susdurulur. Biz belə bir şeyin baş verməsinə yol verməkdənsə, onları ciddi tənzimləyər, yaxud bağlayarıq. Biz 2016-cı ildə onların buna cəhd etdiklərini, amma nəticə qazanmadıqlarını demişdik. Bunun təkrarən daha təkmil versiyada baş verməsinə isə yol verə bilmərik”.

“Eynilə ölkəmizdə poçt vasitəsilə səsvermələrin geniş vüsət almasına yol verə bilməyəcəyimiz kimi. Burada səsləri saxtalaşdırmaq, oğurlamaq sərbəstliyi ortaya çıxır. Çoxluğun verdiyi qələbəni heç kim poza bilməz. Eyni şəkildə sosial media. Davranışlarınızı təmizləyin, indi!” – deyə D.Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl “Twitter” D.Trampın hesabındakı postları “fake” kimi qeyd edərək oradakı faktları yoxlamağa çağırmışdı. Həmin postlar poçt səsverməsi zamanı saxtakarlıq ehtimalı məsələsinə həsr edilmişdi.