XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 20:54

Gürcüstan koronavirus testindən keçməyən turistləri ölkəyə buraxmayacaq

“Gürcüstana yalnız koronavirus testinin neqativ olması barədə arayış təqdim edən turistlər buraxılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı bildirib.

O deyib ki, həmin sənədi olmayan ziyarətçilərin ölkəyə girişinə icazə verilməyəcək:

“Biz arayışı olmayan tursitlər üçün, bunun kütləvi hal almayacağı təqdirdə, ölkə ərazisində koronavirusu sürətlə aşkarlayan testdən keçməyə şərait yaradacağıq. Gürcüstana səfər edən turist qrupları “yaşıl zonalar”da – Səhiyyə Nazirliyindən müvafiq icazə alan mehmanxanalarda yerləşdiriləcək. Əks halda, biz ölkəmizin turizm brendi reputasiyasını zərbə altına qoya bilərik”.

Hökumət başçısının sözlərinə görə, iyulun 1-dən Gürcüstanın beynəlxalq turizm üçün açılması ilə ölkəyə nəzarətsiz giriş deyil, “təhlükəsiz dəhliz” nəzərdə tutulur.