XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 21:56

BMT-nin gender bərabərliyi üzrə mükafatının sahibi bəlli oldu- FOTO

BMT sülhməramlısı, Braziliyanın hərbi-dəniz qüvvələri komandanı Karla Monteyra de Kastro Araujo gender bərabərliyinin inkişafında və qadınların müdafiəsində xidmətlərinə görə BMT-nin mükafatına layiq görülüb.

Komandan Karla Monteyra BMT-nin Mərkəzi Afrika Respublikasındakı missiyasının gender məsələləri və müdafiəsi üzrə hərbi müşaviridir. O, xidməti vəzifəsi zamanı gender məsələləri və müdafiəsi üzrə treninq aparıb, yerli icmalarla gender aspektlərini nəzərdə tutan patrulların sayının ay ərzində 574-dən 3000-dək artırılmasında mühüm rol oynayıb.

Bu il mükafat ilk dəfə olaraq iki nəfərə, o cümlədən BMT-nin Cənubi Sudandakı missiyasına ezam edilən Hindistan ordusundan olan mayor Suman Qavaniyə veriləcək.

2016-cı ildə təsis edilən bu mükafat ayrı-ayrı hərbi sülhməramlıların əməliyyatlarda qadınlara, sülhə və təhlükəsizliyə münasibətdə BMT prinsiplərinin inkişafında səylərini gücləndirməsini və fədakarlığını sübut edir. Qadın sülhməramlılar sülhün dəstəklənməsi üzrə əməliyyatlarda rəhbər və komandan təyin edilir.

Mükafat mayın 29-da, BMT-nin Beynəlxalq Sülhməramlılar Günündə baş katib Antonio Quterreşin sədrliyi ilə virtual mərasimdə təqdim olunacaq.

Artıq ardıcıl ikinci ildir ki, BMT mükafatı Braziliya təmsilçilərinə təqdim olunur.