XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 22:12

Fransada ictimai nəqliyyatda maska rejimi davam edəcək

Fransada yeni növ koronavirusa qarşı vaksin hazırlanana qədər əhali ictimai nəqliyyatda maska taxmaq məcburiyyətində olacaq.

Trend-in “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bunu Fransanın ekologiya naziri Elizabet Born deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda sərt qaydalar tətbiq olunub, sərnişinlər dezinfeksiyaedici maddələrdən istifadə edirlər, yerlərə insanların sosial məsafəni qorumaları üçün nişanlar vurulub:

“Düşünürəm ki, müalicə üsulu və ya vaksin hazır olana qədər ictimai nəqliyyatda maska taxmaq məcburiyyətini, şübhəsiz ki, saxlamaq lazım olacaq”.