XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

27 May 2020 - 22:25

Britaniyada koronavirus:daha 412 nəfər ölüb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi xəbər yayıb.

Nazirliyin məlumatına görə, ötən gün ərzində 412 nəfər COVID-19-un qurbanı olub.

Qeyd edilir ki, ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 460 nəfər təşkil edir.

Həmçinin bildirilir ki, bir gün ərzində COVID-19-a 2 013 yeni yoluxma aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 267 240 nəfərə çatıb/Report.