Almaniya Federativ Respublikasında (AFR) bir gündə yeni koronavirusa yoluxanların sayı daha 353 nəfər artıb, 62 insan ölüb.
Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, AFR-də bütün vaxt ərzində virusa 179 717 yoluxma qeydə alınıb. COVID-19-dan 8 411 pasiyent ölüb. Qeyd edilir ki, ölkədə virusa yoluxmuş 163 mindən çox pasiyent sağalıb.
Almaniyada virusa ən çox yoluxma halları Bavariyada qeydə alınıb. Burada 46 729 nəfər COVID-19-a yoluxub. Şimal Reyn-Vestfaliyada 37 698 və Baden-Vürtemberqdə 34 129 nəfər virus daşıyıcısı hesab edilir. Berlində koronavirusa 6 703 yoluxma qeydə alınıb.