XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

28 May 2020 - 16:15

Polşada daha 399 nəfərdə koronavirus aşkarlanıb –Ölənlərin sayı isə 1028-ə yüksəlib

Polşada koronavirusa yoluxanların sayı son sutkada daha 399 nəfər artaraq 22 min 473-ə çatıb.

Məlumata görə, daha 4 nəfər koronavirusun fəsadlarından yaranan xəstəliklərdən vəfat edib və ölü sayı 1028-ə yüksəlib.

Hazırda ölkə üzrə 79 min 7 nəfər koronavirus ehtimalı səbəbindən karantində, 19 min 682 nəfər sanitar-epidemioloji nəzarətdə, 2320 nəfər isə xəstəxanadadır, 10 min 330 nəfər tam sağalaraq normal həyatına qayıdıb.

Polşa hökuməti mayın 30-dan etibarən ölkə üzrə əhalinin maska taxma məcburiyyətini aradan qaldırır. Həmçinin yaxın günlərdə artıq 150 nəfərədək insanın toplanmasına da icazə veriləcək/Azərtac.