İtaliyada “Ndrangeta” mafiyasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, Kalabriya vilayət prokurorluğunun keçirdiyi əməliyyatda 500-ə yaxın polis əməkdaşı iştirak edib.
Əməliyyat zamanı onlarla şəxs saxlanılıb. Bundan başqa, mafiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən 11 dövlət məmuru da istintaqa cəlb olunub.
Əməliyyat Kalabriya vilayəti ilə yanaşı, Siciliya, Kampaniya, Lombardiya və digər vilayətlərdə keçirilib.