Böyük Britaniyada son sutkada koronavirusdan 377 nəfər ölüb.
Bu barədə “Report” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Bununla da ölkədə təhlükəli virusdan ölənlərin ümumi sayı 37 837-yə çatıb.
Eyni zamanda bir gün ərzində COVID-19-a 1 887 yeni yoluxma qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 269 127 nəfərə çatıb.