XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 May 2020 - 10:11

Türkiyədə iyundan şəhərlərarası səfərlərə icazə veriləcək –Ərdoğan

 

Türkiyədə iyunun 1-dən etibarən koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan bir sıra məhdudlaşdırıcı tədbirlər yumşaldılacaq, o cümlədən şəhərlərarası səfərlərə icazə veriləcək.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə sakinləri yenidən çimərliklərə, qoruqlara və parklara baş çəkə biləcəklər, kafe, muzey, uşaq bağçaları da işə başlayacaq.

Bundan əlavə, iyunun 1-dən etibarən daha əvvəl məzuniyyətə göndərilən və ya “çevik” rejimdə işləyən dövlət məmurları da işə başlayacaqlar.