İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətinin Dehdəşt bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə İranın Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzindən bildirilib.
Zəlzələ az öncə 14 km dərinlikdə qeydə alınıb.
Dağıntı və tələfat haqda məlumat verilməyib. (apa)