XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 17:41

“A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır” –Qabriele Qravina

“A seriyasının qayıdışı bütün ölkə üçün ümidin çağırışıdır. Mən xoşbəxtəm və nəticədən razıyam”.

Bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina deyib.

Qurum başçısı koronavirus pandemiyası üzündən dayanan A seriyasının bərpası barədə fikirlərini açıqlayıb: “Bu uğuru idman naziri və federasiyanın bütün subyektləri ilə bölüşürük. Bizim layihə böyük məsuliyyət kəsb edir. Çünki burada A, B, C seriyaları və ümid edirəm ki, qadınların A seriyası daxil olmaqla İtaliyanın bütün peşəkar futbol aləmi iştirak edir”.

Qeyd edək ki, daha öncə İtaliyanın idman naziri Vinçentso Spadafora A seriyasının iyunun 20-də bərpa oluna biləcəyini açıqlayıb. Ölkə kuboku isə iyunun 13-20-də başa çatdırılacaq. B seriyasının da ayın 20-də bərpa olunacağı gözlənilir. (Apasport.az)