XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 15:32

Britaniya və Avstraliya Qran-priləri bu il keçirilməyəcək –RƏSMİ

MotoGP üzrə Britaniya və Avstraliya Qran-priləri ləğv edilib.

Yarışın rəsmi saytı xəbər verir ki, buna koronavirus pandemiyası səbəb olub.

Hər iki yarış 2021-ci ildəki təqvimdə yer alacaq.

MotoGP tarixində ilk dəfə mövsümdə Britaniya Qran-prisi olmayacaq.

Qeyd edək ki, daha öncə koronavirusa görə Qətər, Almaniya, Niderland və Finlandiyadakı yarışlar ləğv edilib. Britaniyadakı yarış 28 – 30 avqust, Avstraliya Qran-prisi isə 23-25 oktyabrda keçirilməli idi. (report)