XƏBƏR LENTİ

07 İyul 2020
06 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 17:12

“UEFA avrokubokları bir şəhərdə keçirmək istəyir” –Klub prezidenti

“UEFA-nın fikri budur ki, Çempionlar Liqası və Avropa Liqası 1/4 final mərhələsindən başlayaraq bir oyundan ibarət olsun və bir şəhərdə keçirilsin”. 

Bunu İspaniyanın “Xetafe” klubunun prezidenti Anhel Torres “Marca”ya açıqlamasında deyib.

O bildirib ki, hələlik qərar rəsmən təsdiqlənməyib. Torres UEFA İcraiyyə Komitəsinin iyunun 17-də avrokuboklar barədə qərar verməli olduğunu xatırladıb.

Qeyd edək ki, UEFA avrokubokları martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırıb. “Xetafe” Avropa Liqasının 1/8 finalında İtaliyanın “İnter” klubu ilə qarşılaşmalıdır. (report)