XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2016 - 16:12

Tramp:"Müsəlmanlar ABŞ-a nifrət edir"

trampp5

Respublikaçıların ABŞ prezidentliyinə namizədi Donald Tramp müsəlmanların Amerikaya nifrət etdiyini bildirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tramp bunu CNN-ə müsahibəsində deyib: «İslam ABŞ-a nifrət edir. Dinlə radikal ideologiya, adi müsəlmanla ekstremist arasında sərhəd çəkmək çox çətindir. Bunu müsəlmanların böyük bir qismi ilə bağlı söyləmək olar. İnanılmaz bir nifrət var». 

Bu, Trampın İslam dini və müsəlmanlar əleyhinə ilk açıqlaması deyil. Ötən ilin sonlarında Tramp müsəlmanların Birləşmiş Ştatlara gəlişinə qadağa qoyulması ilə bağlı çağırış da etmişdi.