XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 20:07

Belçikada koronavirus:yoluxanların sayı 58 mini keçdi

Son sutka ərzində Belçikada koronavirusa yoluxanların sayı 212 nəfər olub. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 58 061-ə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Belçikanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, virusun yayılması tədricən yavaşlayır.

Məlumata görə, son sutka ərzində Belçikada 42 nəfər koronavirusdan ölüb. Ölkədə virus qurbanlarının ümumi sayı isə 9 430-a çatıb.

Xatırladaq ki, Belçikada mayın 4-dən etibarən təcridetmə tədbirləri mərhələli şəkildə ləğv olunur. Əhaliyə tibbi maskalar taxmaq tövsiyə olunur, ictimai nəqliyyatda maska taxmaq icbaridir. Daha əvvəl səlahiyyətlilər ölkədə virusdan ölüm hallarının pik nöqtəsinin aprelin 12-də qeydə alındığını, o zamandan bəri ağır xəstələrin və ölüm hallarının tədricən azalmasına davamlı meyl olduğunu açıqlayıb. (report)