XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 23:03

Jozef Borell:"Koronavirusla mübarizədə birgə fəaliyyət planına ehtiyac var"

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Cozef Borell BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması və BMT ilə regional təşkilatlar arasındakı əməkdaşlıqdan bəhs edib.

Trend Aİ-nin internet səhifəsinə istinadən xəbər verir ki, bu ilin 28 may tarixində Aİ-nin vitse prezidenti Jozef Borell BMT Təhlükəsizlik Şurasının Estoniya sədrliyi tərəfindən təşkil olunan yüksək səviyyəli konfransda çıxış edib. Avropa Xarici Faəliyyət Xidmətinin internet səhifəsində ali nümayəndənin çıxışının mətni yayımlanıb.

Çıxışında J.Borell hazırda dünyanın COVİD-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda qlobal təhdidlərlə mübarizə aparmaq üçün dünya ölkələrinin birgə fəaliyyət planına ehtiyac duyulduğunu qeyd edib, qaydalara əsaslanan dünya düzəninin daha da gücləndirilməsi və beləliklə də BMT-nin rolunun artmasından bəhs edib.

Dünyada sülh və təhlükəsizlikdən, eləcə də həll olunmamış münaqişələrdən danşan ali nümayəndə Aİ-nin BMT-nin etibarlı tərəfdaşı olduğunu qeyd edib. J.Borell Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərə toxunaraq suverenlik və ərazi bütövlüyünün Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsas elementi olaraq qalacağını vurğulayıb. O söyləyib ki, “birgə, daha təhlükəsiz və əməkdaşlıq edən Avropa qitəsindən danışarkən Helsinkidə əks olunmuş prinsipləri unutmaq olmaz”. Beləliklə də, ali nümayəndə Helsinki Yekun Aktında əks olunmuş suverenlik və ərazi bütövlüyü prinsiplərinin Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasını təşkil etdiyini virğulayıb.

İlk dəfədir ki, Aİ rəsmisi BMT-nin Təhlükəsizlik Şurası kimi ali platformada Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinin əsasını təşkil edən beynəlxalq hüquq prinsiplərindən bəhs edir. Ən əsası isə odur ki, bu prinsiplərin, məhz ATƏT-in 1957-ci il Helsinki Yekun Aktında əks olunmuş suverenlik və ərazi bütövlüyü olduğu konkret şəkildə vurğulanır.

Xatırladrıq ki, bundan bir müddət öncə Aİ Şurasının 11 may 2020-ci il tarixli yekun qərarında da Şərq Tərəfdaşlığı məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında Helsinki Yekun Aktı və ATƏT-in Paris Xartiyasında əks olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla beynəlxalq nizama əsaslanan qaydalar təsbit olunmuşdu. İndi isə Aİ-nin vitse-prezidenti öz çıxışında bu prinsipləri növbəti dəfə səsləndirdi.

Beləliklə də bu, artıq Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə münasibətlərinə dair formalaşmış siyasi mövqeyindən gedir və bu mövqe beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası kimi dünyada sülh və təhlükəsizliyin qorunub saxlanılmasına məsul olan ali platformada səsləndirilir.

Təsadüfi olsa da, bu çıxışın 28 may tarixində, yəni müsəlman şərqində ilk demokratik ölkə olan Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümündə, Azərbaycanın Respublika Günündə səsləndirilməsi, həm də bizim üçün simvolik əhəmiyyət kəsb edir. Çünki dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasının bir əsr bundan öncə kəsb etdiyi əhəmiyyəti hazırda daha qəti və birmənalı şəkildə həm Azərbaycan, həm də beynəlxalq səviyyədə tanınır və təşviq olunur.

https://eeas.europa.eu/headquarters/headquarters-homepage/80041/united-nations-security-council-opening-remarks-high-representativevice-president-josep_en