XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

29 May 2020 - 23:30

Finlandiyada işsizlərin sayı ikiqat artıb- Koronavirusa görə

Koronavirus pandemiyası səbəbindən bu ilin aprel ayında Finlandiyada işsizlərin sayı, demək olar, iki dəfə artıb.

Azərtac Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat və Məşğulluq Nazirliyinin press-relizində bildirilir.

Aprel ayının sonuna qədər məşğulluq orqanlarında 433 min 100 işsiz qeydiyyatdan keçib. Bu, daha əvvəlki ayla müqayisədə 124 min, 2019-cu ilin aprel ayı ilı müqayisədə isə 203 min 400 nəfər çoxdur. İllik hesablamada işsizlərin sayının artım tempinin 88 faizdən çox olduğu bildirilir.

İş axtaranlar arasında 25 yaşa qədər olanların sayı 56 min 300 nəfər təşkil edir ki, bu da 2019-cu ilin aprel ayı ilə müqayisədə 27 min 800 nəfər çoxdur. Yaşı 50-də yuxarı işsizlərin sayı isə 141 min 500 nəfərdir. Məlumatda bu rəqəmin ötənilki göstəricidən 53 min 900 nəfər çox olduğu bildirilir.

İqtisadiyyat və Məşğulluq Nazirliyi işsizlərin, həmçinin işdən azad olunanların sayında yüksək artımın müşahidə olunmasını koronavirus epidemiyasına qarşı mübarizədə məhdudiyyətlərin tətbiqi ilə əlaqələndirir.

Qeyd edək ki, Şimali Avropanın digər ölkələri ilə yanaşı, Finlandiya da məhdudlaşdırıcı tədbirləri yumşaltmağa başlayıb. Buna baxmayaraq, ölkə iqtisadiyyatı hələ də böyük çətinliklərlə üzləşir.