ABŞ-da son bir gün ərzində koronavirusa 24 mindən çox yoluxma qeydə alınıb, demək olar, 1,2 min insan ölüb.
Bu barədə ABŞ-da federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti bildirib.
Məlumata görə, ABŞ-da ötən gün ərzində virusa 24 266 yoluxma qeydə alınıb.
Son 24 saat ərzində Birləşmiş Ştatlarda 1 193 nəfər koronavirusun qurbanı olub.
Universitet bildirib ki, ABŞ-da COVID-19-a ümumilikdə 1 747 087 yoluxma təsdiqlənib, ölkədə koronavirusdan 102 836 ölüm qeydə alınıb.
Qeyd edilir ki, virusa yoluxmuş 400 mindən çox insan sağalıb/Report.