Forumun hədəfi “müzakirələrdən işə keçid”dir
Dünən Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin başçılığı ilə keçirilmiş iqtisadi şuranın yığıncağının nəticələrindən məlum olub ki, 2015-ci il oktaybrın 15-16-da Tiflisdə İpək yolu forumu keçiriləcək.
Strateq.az Gürcüstan KİV-ə isnadən bildirir ki, Qaribaşvili 2014-cü ilin sonunda Tiflisdə beynəlxalq investisiya forumunda İpək yolu forumunuin 2015-ci ildə keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
Hədəfi “müzakirələrdən işə keçid” olan illik forum İpək yolu boyunca nəqliyyat, energetika, ticarət və insanlararası təmasda yeni əməkdaşlıq ideyalarının axtarışına həsr ediləcək. İkinci gün isə Gürcüstanəın investisiya potensialına və konkret layihələrə həsr olunacaq.
Gözlənilir ki, foruma qatılmaq üçün Gürcüstan paytaxtına tərkibində yüksəkrütbəli siyasətçilər və biznesmenlər olan 200-dən çox qonaq gələcək.