XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

18 May 2015 - 12:44

Almaniyada casus qalmaqalı böyüyür

merkel.jpg

Almaniyanın vitse-kansleri və Sosial Demokrat Partiyasının sədri Ziqmar Qabriel federal kansler Angela Merkeli ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə bağlı casus qalmaqalında tutduğu mövqeyə görə sərt tənqid edib. O, kansleri bu casus qalmaqalı ilə bağlı məsələlərin araşdırılmasına yardım göstərməyə çağırıb.

Söhbət Süddeutsche Zeitung qəzetinin, WDR və ND telekanallarının bu yaxınalarda apardıqları araşdırmalardan gedir. Jurnalistər aydınlaşdırıblar ki, 2013-cü ildə ABŞ Almaniya federal hökumətinin casusluq əleyhinə sazişinin bağlanması təklifinə tam razılıq verməyib. Merkelin müşavirləri isə bunun əksini söyləyiblər.

Eyni zamanda bu yaxınlarda məlum olub ki, Almaniyanın kəşfiyyat xidməti (BND) bir neçə il ərzində ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə yüksək çinli Avropa siyasətçiləri və iri şirkətlərinin izlənilməsinə yardım göstərib.

Bild am Sonntag qəzetinə danışan Q. Ziqmar bildirib ki, federal kanslerin aparatı kimlərin izlənilməsi ilə bağlı siyahını açıqlamalıdır. Hətta Vaşqinqton buna etiraz etsə belə.

“Biz yeniyetmə deyilik, həmçinin əmr alan kəslər də deyilik” , -deyə vitse-kanlser bildirib.

Strateq.az