XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 May 2020 - 19:23

Koronavirusa qarşı burun damcısı şəklində peyvənd hazırlanıb- Rusiyada

Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb.

Rusiya alimlərinin hazırladıqları yeni peyvənd burun damcısı şəklindədir. Mərkəzin baş direktoru Rinat Maksyutov jurnalistlərə bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi öyrənilir.

Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.