XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2016 - 16:58

Suriya 2015-ci ildə:qan donduran rəqəmlər

Suriya

Keçən il Suriyada humanitar vəziyyət kəskin şəkildə pisləşib. 2015-ci il Suriya münaqişəsi tarixində ən uğursuz il olub. “Oxfam”, “Care” və “Save the Children” təşkilatları da daxil olmaqla 30 humanitar qurumdan ibarət beynəlxalq birlik bu barədə martın 11-də məlumat verib.

Suriya müharibəsinin beşinci ildönümünə həsr edilmiş məruzədə qeyd edilir ki, son 12 ayda yardıma ehtiyacı olanların, qaçqınların və mühasirəyə alınmış şəhərlərin sakinlərinin sayı xeyli artıb.

Humanitar təşkilatlar Suriyada vəziyyətə təsir göstərən Rusiya, ABŞ, Fransa və Böyük Britaniya kimi əsas qüvvələri bu ölkənin ərazisində aparılan hərbi əməliyyatlar vasitəsilə humanitar fəlakəti daha da kəskinləşdirməkdə, habelə Suriya münaqişəsinin tərəflərinə effektiv siyasi təzyiq göstərməməkdə təqsirləndirirlər.

2015-ci ildə Suriya ərazisində azı 50.000 nəfər həlak olub. Bir neçə milyon suriyalı ölkədən qaçmağa məcbur olub, 1,5 milyon Suriya vətəndaşı yalnız humanitar yardım ümidinə qalıb. Keçən il ölkədə 200.000 bina dağıdılıb. Bu, 2014-cü ildəkindən 20 faiz çoxdur. 112 xəstəxanaya və başqa tibb məntəqələrinə hücum edilib, bu da 2014-cü ilin müvafiq göstəricisindən 44 faiz çoxdur. 2015-ci ildə daha 400.000 suriyalı uşaq məktəbə getmək imkanından məhrum olub. Beləliklə, ibtidai və orta təhsil almaq imkanını itirmiş suriyalı uşaqların sayı iki milyona çatıb(Azərtac).