XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

31 May 2020 - 18:19

Corc Floydun ölümünə görə Londonda etiraz aksiyası keçirilir:“İrqçiliyə yer yoxdur!”

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda aksiya keçirilir.

APA-nın Britaniya bürosunun “Sky News”a istinadən verdiyi xəbərə görə, yüzlərlə insan Londonun mərkəzindəki Trafalgar Meydanında və “Westminster”də parlament binasının qarşısında toplaşıb.

Aksiya iştirakçıları “Corc Floyd üçün ədalət!”, “İrqçiliyə yer yoxdur!” və “Mən nəfəs ala bilmirəm!” kimi şüarların yazıldığı plakatlar tutublar. Bəzi aksiya iştirakçılarının koronavirusla bağlı sosial məsafəyə əməl etmədiyi müşahidə edilib. 

Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.