XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 May 2020 - 21:48

“Aksiyaların yatırılması üçün Milli Qvardiya cəlb edilməlidir” –Tramp qubernatorlara səsləndi

ABŞ Prezidenti Donald Tramp afroamerikalı Corc Floydun polis zorkılığı nəticəsində öldürülməsinə qarşı keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün qubernatorları və merləri Milli Qvardiyanı cəlb etməyə çağırıb.

APA Reuters-ə istinadən xəbər verir ki, hazırda Milli Qvardiyanın, təxminən beş min hərbçisi bir neçə ştatda iğtişaşların yatırılmasında iştirak edir.