XƏBƏR LENTİ

04 İyul 2020
03 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 09:43

Almaniyada bir gündə 333 nəfər koronavirusa yoluxub –Robert Kox İnstitutu

Almaniyada COVID-19-a yoluxanların sayı 182 min nəfərə yaxınlaşır.

Bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı xəstəliyin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Son gün ərzində yoluxanların sayı 333 nəfər artıb, daha 11 nəfər ölüb.

Nəticədə ölkədə koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı 8 511-ə, virusa yoluxma hallarının sayı isə 181 815-ə çatıb.

Yoluxma hallarının ən böyük sayı Bavariyada qeydə alınıb. Burada 47 004 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 38 mindən çox sakinə və Baden-Vürtemberqdə isə 34 784 nəfərə koronavirus diaqnozu qoyulub.

Berlində yoluxanların sayı 6 816 nəfər təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (report)