XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 İyun 2020 - 13:28

ABŞ-da aksiyalarda 4 mindən çox etirazçı saxlanılıb –KİV

ABŞ-da keçirilən etiraz aksiyalarında 4,1 min nəfər saxlanılıb.

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Saxlanılan etirazçılar soyğunçuluq yolu ilə talama, komendant saatı və ictimai asayişin pozulmasında ittiham olunurlar.

Bildirilib ki, artıq etiraz aksiyalarında on minlərlə insan iştirak edib.

Qeyd edək ki, afroamerikalı Corc Floyd polis zorakılığı nəticəsində öldürüldükdən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub. (apa)