XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 16:36

“İran vətəndaşlarının İraqda öldürülməsi araşdırılır” –XİN

Türkiyə pilotsuz təyyarələri tərəfindən iki İran vətəndaşının öldürülməsinə dair iddialar araşdırılır.  

Bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi bugünkü mətbuat konfransında bildirib.

O qeyd edib ki, İraq ərazisində iki İran vətəndaşının Türkiyə pilotsuz təyyarələri tərəfindən vurulması iddiası qeyri-rəsmi məlumatdır və bu haqda araşdırma aparılır: “İddia olunur ki, İran vətəndaşları olduğu deyilən şəxslər başqa ölkədə və üçüncü bir ölkə tərəfindən öldürülüblər. Bunlar hamısı məsələni qarışıq edir. İran XİN həm İraq, həm də Türkiyə tərəfi ilə bu məsələni araşdırır. Hadisə ilə bağlı araşdırmanın nəticəsi rəsmi şəkildə elan olunacaq”. (apa)