XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2020 - 18:03

Moskva heç vaxt ABŞ-ın daxili işlərinə qarışmayıb – Kreml

“Kremldə ABŞ-dakı iğtişaşları diqqətlə izləyirlər və baş verənləri onların daxili işi hesab edirlər. Moskva heç vaxt ABŞ-da baş verənlərə qarışmayıb, indi də qarışmağa hazırlaşmır”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz, sözsüz ki, ABŞ-da baş verənləri çox diqqətlə izləyirik. Lakin baş verənlər onların daxili işidir. Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq, indi də qarışmağa hazırlaşmırıq”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Syuzan Rays CNN-ə müsahibəsində ABŞ-da polisin qaradərili Corc Floydu öldürməsindən sonra baş verən iğtişaşlarda Rusiyanın əlinin olduğunu bildirib. (apa)