XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 16:25

Fransanın dövlət katibi:“Twitter” üçün sığınacaq yeri hazırdır"

“Fransa “Twitter” şirkətinə ABŞ-dan köçmək qərarına gəlməsi halında öz ərazisində məmnuniyyətlə yer verər”.

Bu barədə rəqəmli iqtisadiyyat dövlət katibi Sedrik O “Radio J”ə verdiyi müsahibədə adıçəkilən şirkətlə ABŞ hökuməti arasındakı ixtilafı şərh edərkən bildirib.

O deyib: “Nə vaxtsa “Twitter” ABŞ-dakı mövcud vəziyyətin şirkətə dəyərlərinə uyğun olaraq inkişaf edərək daha da genişlənməsi üçün əlverişsiz olması qənaətinə gəlsə və müəyyən səbəblərə görə sabitsizlik artsa, heç şübhəsiz ki, onları Avropada, ələlxüsus da Fransada məmnuniyyətlə qonaq edərlər.

Bu məsələ ilə bağlı şirkətin rəhbərliyi ilə əlaqə saxlamadığını qeyd edən nazir, həmçinin ABŞ-dakı texnologiyalarla bağlı araşdırmalarla məşğul olan şirkətlərə və tədqiqatçılara müraciət edərək Avropanın, o cümlədən Fransanın “internet və onun tənzimlənməsinə dair daha ədalətli və insani konsepsiya”lara açıq olduqlarını vurğulayıb.

Xatırladaq ki. Bu günlərdə Donald Tramp hökuməti ABŞ-da sosial şəbəkələrini və internet şirkətlərini hüquqi cəhətdən daha həssas vəziyyətə salan qanun layihəsi hazırlayıb. Belə bir addıma səbəb prezident Trampın “Twitter”dəki iki postunda fake olması ehtimalını bildirən işarənin qoyulması oldu. Həmin hadisədən sonra ABŞ-da sosial şəbəkələrin bu cür qərar vermək hüququnun olub-olmamasına dair geniş müzakirələr başladı. (report)