XƏBƏR LENTİ

02 İyul 2020

Digər Xəbərlər

01 İyun 2020 - 21:58

NATO həftə ərzində 5 dəfə təyyarələrini havaya qaldırıb –Rusiya təyyarələrinə görə

Şimali Atlantika Alyansına daxil olan ölkələrin pilotları ötən həftə Rusiya Müdafiə Nazirliyinin təyyarələrini Baltik dənizi üzərində müşayiət ediblər.

Litva hərbçiləri 5 belə hadisə barədə xəbər verirlər. Üç dəfə Rusiya təyyarəsi transponderi söndürülmüş halda uçub.

Dəqiqləşdirilir ki, NATO qırıcıları Su-17, Su-30M və AN-12 və AN-26 nəqliyyat təyyarələrini müşayiət etmək üçün havaya qalxıblar (Postimees). Rusiyalılar beynəlxalq hava məkanının hüdudlarından çıxmayıblar.

Bu arada Rusiya Baş Qərargahı xəbər verir ki, ABŞ ay ərzində Rusiya sərhədlərində B-1B uçuşlarını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bombardmançı təyyarələr Kalininqrad vilayətinin 10 kilometrliyində qeydə alınıb. (AzPolitika.info)