Braziliyada COVID-19-a yoluxma ilə bağlı aşkar edilmiş halların sayı 526 447 təşkil edir.
Bu barədə yerli Səhiyyə Nazirliyinə istinadən CNN bildirib.
Qeyd edilir ki, ölkədə son bir gün ərzində koronavirusa yeni 12 247 yoluxma aşkarlanıb.
Son sutkada 623 nəfər COVID-19-dan ölüb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 29 937 nəfərə çatıb/Report.